x

TƏKLİF AL

Dəmiryol vağzalı
Metal konstruksiya
Su çənləri

Sənaye və infrastruktur layihələrinin müasir üsullarla inşaatını həyata keçiririk.

Uzun illərdir ki, tikinti sektorunda fəaliyyət göstərən şirkətimiz onlarla müxtəlif təyinatlı layihələrin icrasını həyata keçirib. Biz dövlət, yerli və qlobal layihələrdə çalışmışıq. Başa çatdırdığımız layihələr Azərbaycanın demək olar ki, bütün ərazisini əhatə edir. Əsasən sənaye tipli obyektlərin inşası, su və kamalizasiya xətlərinin çəkilməsini həyata keçirən şirkətimiz Qarabağ inzibati vahidinin yenidən qurulmasında aktiv şəkildə çalışan şirkətlərdən biridir.

Fəaliyyət sahələrimiz

Müxtəlif təyinatlı metal konstruksiyaları istehsal edərək, zavod, fabrik, anbar kimi sənaye obyektlərinin sürətli inşasını təklif edirik.


Şirkətimiz yerli və beynəlxalq su kanalizasiya xətlərinin çəkilməsi layihələrində baş podratçı kimi çıxış edib.


Füsunkar üsluba malik, müasir standartlarda olan dam və fasad işlərinin görülməsini həyata keçiririk.


SAHİB OLDUĞUMUZ AVADANLIQLARLA MÜRƏKKƏB TAPŞIRIQLARIN ÖHDƏSİNDƏN GƏLİRİK.

Konstruksiya sahəmizdə yığım sexindən əlavə istehsal prossesini həyata keçirmək üçün istehsal seximiz də mövcuddur. Burada bizim 70 mm-ə qədər CNC kəsim, büküm, əyim, deşmə əməliyyatları keçirən avadanlıqlarımız ilə yanaşı torna dəzgahlarımız mövcuddur. Müəssisəmizdə antikarroziya prossesinə xüsusi diqqət yetirilir. İstehsal etdiyimiz məhsullarımız avtomat və yarım avtomat qumlama sahəsində standartlara uyğun şəkildə qumlandıqdan sonra iki qat boya təmin edilir. Nəticədə konstruksiyalarımızın karroziya əleyhinə davamlılığı yüksəlir. 

Biz yalnız zavod, fabrik, anbar, anqar, ferma kimi obyektlərin metal konstruksiyalarını həyata keçirmirik, həmçinin iri tutumlu 1000 m3-ə kimi  olan su çənləri, silos sistemlərini də standartlara cavab verən şəkildə istehsal edirik. Müəssisəmizdə yerləşən avadanlıqlar vasitəsi ilə 10 mm-ə qədər olan metalların silinder vasitəsi ilə bükümü mövcuddur.



İstehsal etdiyimiz kanstruksiyaları yerində quraşdırırıq. Memarlarımızın layihələndirdiyi, konstruktorlarımızın hazırladığı konstruksiya hesabatları əsasında hər bir detal xüsusi dəqiqliklə istehsal ediləcək və yerində montaj ediləcək.

Montaj zamanı qaynaq və müxtəlif birləşmələrlə sökülüb yığılan konstruksiyalarınızı inşa edəcəyik. Portfolyomuzda onlarla səaneye tipli obyekt mövcuddur. Biz bir çox sayda zavod, fabrik, heyvandarlıq, quşçuluq sahələrininin, soyuducu və quruducu otalaqların metal işlərini görmüşük. 


Biz Azərbaycanda modul tipli məntəqələrin istehsalı sahəsində ən böyük təcrübəyə malik olan şirkətlərdənik.

Modul tipli məntəqələrin quraşdırılmasında bazar lideriyik. Bu istiqamətdə çoxsaylı tərəfdaşlarla əməkdaşlıq edirik ki, onların arasında həm dövlət, həm də özəl şirkətlər var.Bu məsələdə bizi fərqləndirən cəhətimiz mühəndislik yanaşmamızdır. Bu yanaşmamız sahəsində bir sıra yeniliklərə imza atmışıq. Biz istehsal etdiyimiz məhsullarda bizdən öncə istifadə edilən təcrübələri öyrənməyimizə baxmayaraq adətən bütün məhsullarımızı özümüz dizayn edirik. Nəticədə daha sadə, mükəmməl nəticələr əldə edirik. Mühəndislik həllərimiz istehsal gücümüzü artırmağımıza şərait yaradır. 


Zavod, fabrik, anbar kimi sənaye tipli müəssisələrinizin inşasını bizə əmanət edin.

Şirkətimizin memarlıq qolu vasitəsi ilə sizin tələbləriniz öyrəniləcək. Sizə elə layihə təqdim ediləcək ki, gələcək böyümə potensialınız da nəzərə alınsın. Biz hər detalı nəzərə alırıq. Komandamız istehsal etdiyiniz məhsulların standartlarına cavb verən, istehlakçıların bəyənəcəyi və dövlət orqanları tərəfindən  akretitasiya edilməsinə zəmanət verir.

Biz sadəcə inşa etmirik. Prossesinizin düzgün getməsini həyata keçiririk. Nəticədə siz biznesinizi daha optimal və sürətli şəkildə böyüdə bilirsiniz. İnşaat zamanı həm beton, həm metal konstruksiya, həm də fasad və dam sistemlərində standartlara cavab verən materiallardan istifadə edirik. Konstruktorlarımız lazımı standarta cavab verən ən optimal hesabatı təqdim edir. Siz isə qənaet etmiş olursunuz.

İzolyasiya sistemlərində müxtəlif təyinatlı Pur, Pır, Daş yunu tərkibli sendviç panellər, daşyunu, xps, osb kimi materiallara üstünlük veririk. Montaj komandamız istifadə edilən materialların keyfiyyətli olduğuna görə sizə ideal izolyasiyaya sahib olmanızı təmin edir. İstifadə etdiyimiz sendviç panellər 40/42 sıxlığa sahib olduğuna görə mükəmməl izolyasiyaya sahib olacaqsınız, bu isə sizin gələcəkdə qənaet etmənizə köməklik edəcək.


METAL KONSTRUKSİYA İŞLƏRİMİZLƏ TANIŞ OLUN.

Metal Konstruksiyalar